Exsell Proqrami
Exsell Proqrami
İşə başlamaq üçün Start menyusunun Programs hissəsindən Microsoft Excel sətrini
seçin. Excel proqramının pəncərəsinə nəzər yetirək.
Excel’in kitabı bir neçə səhifədən ibarət ola bilər. Hər səhifədə isə 256 sütun və 65536
sətir var. Sətir və sutunun kəsişməsi bizə bir iş sahəsi verir ki, həmin iş sahəsində
rəqəm, mətn və ya tarix yazmaq mümkündü. Hər bir iş sahəsinin öz ünvanı var; iş
sahəsinin ünvanı onun yerləşdiyi sütun və sətr adlarından ibarətdi. Məs., f sütununda
yerləşən 1-ci sətrin ünvanı A1 olur.
1. Mətni və ya rəqəmi daxil etdikdən sonra Enter basılır və ya başqa bir ünvanda
düymə basılır.
2. Artıq məlumat olan ünvanda yeni məlumat yazmaq üçün sadəcə üzərində
mausun düyməsini bir dəfə basın və yeni məlumatı daxil edin.
3. Artıq məlumat olan ünvanda dəyişiklik etmək üçün üzərində mausun düyməsini
iki dəfə basın.
Dərsdə öyrəndiyimizi təkrar etmək məqsədi ilə bir sadə cədvəl yaradaq. Bu cədvəli
yaratdıqdan sonra onu mütləq yaddaşa verin və çalışın ki, onu itirməyəsiz; bu cədvəldən
gələcək dərslərdə istifadə edəcəyik.
1. A1 ünvanında mausun düyməsini bir dəfə basın. Şrifti dəyişin və «Əmək haqqı
cədvəli» çap edin.
2. A2 ünvanında «Adı, soyadı, atasının adı» çap edin.
Sizə, yəqin ki, sütunun enini dəyişmək lazım olacaq. Bunu etmək üçün oxu f və d
sütununun başlıqları sərhəddinə gətirin və düyməni basılı saxlayaraq eni dəyişin.
Bütün sənədin şriftini dəyişmək üçün A sütunundan solda olan adsız düymədə
mausun düyməsini bir dəfə basın və şrifti dəyişin.
1. A və d sütunlar arasına yeni sütun əlavə edin. Onun başlığına «Vəzifə» daxil edin
və adlara müvafiq vəzifələr yazın.
I üsul.
1. Yeni sətrin yerini müəyyən etmək üçün bir ünvan seçin (yeni sətir seçdiyinizdən
əvvəl yaranacaq).
2. Insert menyusundan Rows seçin.
II üsul.
1. Yeni sətrin yerini müəyyən etmək üçün bir* sətir seçin (sətri seçmək üçün onu
başlığında düyməni basmaq kifayətdir).
2. Seçdiyiniz sətrin üzərində sağ düyməni basın və Insert seçin.
* Bir sətir deyil bir neçə sətir seçdikdə yeni sətirlərin sayı da dəyişir( məs., iki sətir seçib
və onların üzərində sağ düyməni basıb Insert seçdikdə iki yeni sətir daxil edirsiniz).
I üsul.
1. Yeni sütunun yerini müəyyən etmək üçün bir ünvan seçin (yeni sütun
seçdiyinizdən əvvəl yaranacaq).
2. Insert menyusundan Columns seçin.
II üsul.
1. Yeni sütunun yerini müəyyən etmək üçün bir* sütun seçin (sütunu seçmək üçün
onu başlığında düyməni basmaq kifayətdir).
2. Seçdiyiniz sütunun üzərində sağ düyməni basın və Insert seçin.
* Bir sütun deyil bir neçə sütun seçdikdə yeni sütunlərin sayı da dəyişir( məs., iki sütun
seçib və onların üzərində sağ düyməni basıb Insert seçdikdə iki yeni sütun daxil
edirsiniz).
1. Bir və ya bir neçə sətir seçin (sətri seçmək üçün onu başlığında düyməni basmaq
kifayətdir).
2. Seçdiyiniz sətrin üzərində sağ düyməni basın və Delete seçin.
1. Bir və ya bir neçə sütun seçin (sütunu seçmək üçün onu başlığında düyməni
basmaq kifayətdir).
2. Seçdiyiniz sütunun üzərində sağ düyməni basın və Delete seçin.
Adətən Excel ilə işi başlayanda Sheet1, Sheet2 və Sheet3 adlı səhifələr olur. Bu
səhifələrin sayını artırmaq və azaltmaq olur. Yeni səhifə əlavə etmək üçün Insert
menyusunda olan Worksheet seçmək kifayətdir.
Səhifələrdən hər hansı birini ləğv etmək üçün onun adı üzərində sağ düyməni basaraq
Delete və ya Edit menyusundan Delete Sheet seçin.
Səhifənin adını dəyişmək üçün həmin adın üzərində iki dəfə düyməni basaraq və ya sağ
düyməni basıb Rename seçərək yeni ad daxil edin.
Səhifələr müəyyən ardıcıllıq ilə düzülüb. Bu ardıcıllığı dəyişmək üçün (yəni məs., Sheet1
səhifəsini axıra keçirmək üçün) həmin səhifənin adı üzərinə mausun oxunu yönəldin və
düyməni basılı saxlayaraq səhifənin yerini dəyişin. Bu əməliyyatı Ctrl düyməsini basılı
saxlayaraq yerinə yetirsəz, həmin səhifənin ikinci nüsxəsini ala bilərsiniz.
Səhifələrin sayı çox olduqda onların hamısının adını ekranda görmək olmur. Bunu etmək
üçün Səhifə adlarından solda yerləşən kiçik düyməciklərdən istifadə etmək olur.
Dərs 3. Mə'lumatın formatı. - ---
Daxil etdiyiniz rəqəmlər müxtəlif formatda ola bilər. Məsələn cədvəlimizə daxil etdiyimiz
əmək haqqı kəmiyyətlərini dollar formatına keçirə bilərik. Bunu etmək üçün həmin
rəqəmləri seçin və xüsusi dollar işarəsi olan düyməni basın.
Bir neçə ünvanı seçdikdə etdiyimiz dəyişiklikləri onlara tətbiq edə bilərik. Bir neçə
ünvan seçmək üçün mausun göstəricisi aşağıdakı kimi olarsa mausun düyməsini
basılı saxlayaraq bir diapazon seçin.
Səhifədə olan bütün ünvanlara bir əməliyyat tətbiq etmək üçün sütun adlarından solda
sətir adlarından yuxarı yerləşən adsız düyməni basmaq olar. Bunu etdikdən sonra bütün
səhifə seçilir.
Nöqtədən sonra duran rəqəmlərin sayını dəyişmək üçün Increase Decimals və Decrease
Decimals düymələrindən istifadə edin. Decrease Decimals kəmiyyəti yuvarlamaq üçün
də istifadə edilə bilər.
Mətnin və ya rəqəmləri rəngini dəyişmək üçün Font Color düyməsindən istifadə edin.
Fonun rəngini dəyişmək üçün Fill Color düyməsindən istifadə edin.
Bir ünvanın formatını başqasına köçürmək üçün Format Painter düyməsi istifadə olunur:
Bu variantları tədbiq etmək üçün Format meyusunun Cells sətrini seçib açılan
pəncərənin Alignment hissəsini seçirik və buradan Vertical siyahısından bir variant
seçirik.
Burada Top sətri seçdiyiniz diapazonda mətni yuxarıda, Center mərkəzdə, Bottom isə
aşağıda yerləşdirir. Mətn bir neçə sətirdən ibarətdirsə Justify sətirləri bərabər yerləşdirə
bilər.
Mətni bir neçə sətirdə yazmaq üçün iki əsas üsul var. Birincisi: mətni daxil etdiyiniz
zaman onun ikinci sətrini yaratmaq üçün Alt+Enter basılır. Artıq daxil edilmiş mətni bir
neçə sətirdə yerləşdirmək lazım olsa Format meyusunun Cells sətrini seçib açılan
pəncərənin Alignment hissəsini seçirik və Wrap Text’in üzəridə işarə qoyuruq.
Mətnin başqa yazılış formalarını Format meyusunun Cells sətrini seçib açılan
pəncərənin Alignment hissəsində Orientation ilə müəyyən etmək olar, burada mətni
yuxarıdan aşağı və bucağ altında yerləşdirmək olar.
Word proqramında olduğu kimi burada mətn ilə işləmək üçün AutoCorrect, Replace və c
imkanlar var.
Məlumatın köçürülməsi
Hər hansı bir ünvanı seçin (və ya ünvan diapazonunu) və mausun göstəricisini onun
kənarına gətirin və köstərici oxa çevriləndə mausun düyməsini basılı saxlayaraq onun
yerini dəyişin. Bu əməliyyatı etdikdə Ctrl düyməsini basılı saxlasaz məlumatın ikinci
nüsxəsini yaratmaq olar. Məlumatı başqa səhifəyə keçirmək üçün Alt düyməsini basılı
saxlamaq lazımdı.
Cut, Copy və Paste düymələrindən istifadə edərək yuxarıdakı əməliyyatları etmək üçün:
Hər hansı bir ünvanı seçin (və ya ünvan diapazonunu) və mausun göstəricisini onun
kənarına gətirin və köstərici qara xaç işarəsinə çevriləndə mausun düyməsini basılı
saxlayaraq onun yerini dəyişin.
Dərs 5. Sadə düsturlar. - ---
Düzgün yazılmış rəqəmlər ilə Excel müxtəlif əməliyyatlar (hesablamalar) apara bilər.
Məsələn, yaratdığımz cədvəldə əmək haqqından 1 % tutulması lazımdı ( məs. sığorta
üçün ).
«Əmək haqqı» sütunundan sonra «Sığorta» adlı başlıq əlavə edin. Başlığın altında
mausun düyməsini bir dəfə basın. Düstur yazılışın birinci qaydası düsturun «=»
işarəsindən başlanmasıdı. Həmin işarəni daxil edin. Sonra əmək haqqının ünvanını yəni
S3 daxil edin və ya həmin ünvanın üzərində mausun düyməsini bir dəfə basın. Sonra
vurma işarəsini –«*»- daxil edin və 1% (%- Shift+5) əlavə etdikdən sonra Enter
düyməsini basın. Siz dərhal hesablamanın nəticəsini görəcəksininz. Düsturun özünü
görmək və ya dəyişmək üçün həmin ünvanı seçin və Formula Bar’a nəzər yetirin; və ya
mausun düyməsini iki dəfə basın.
Düsturu birinci sətir üçün yaratdıqdan sonra onu ardıcıl köçürmə üsulu ilə başqa sətirlərə
keçirmək olar. Bunu etdikdə düsturlar müvafiq olaraq dəyişir, yəni məs. D3 sətrindəki
düstur «=S3*1%» olarsa, D5 sətrindəki düstur «=S5*1%» olar.
Vurma x *
Toplama + +
Bölmə : /
Çıxma - -
Qüvvəyə yüksəltmə 32 ^
Sadə funksiyalar
Əməliyyatla bərabər Excel funksiyalardan da istifadə edir. Məs., bir böyük diapazonda
olan rəqəmləri toplamaq üçün «+» üsülu çox vaxt aparır və bu məqsədlə SUM funksiyası
istifadə olunur. Məs., bizim cədvəldə olan bütün əmək haqqların cəmini tapmaq üçün
əmək haqqı cədvəlinin axırıncı sətrindən sonra yəni S14 ünvanında belə bir düstur daxil
edin «=SUM(C3:C13)» və Enter düyməsini basın. Düstur funksiyanın adından və
diapazon ünvanından ibarətdir. Diapazon bir neçə ünvan və ünvanlar qrupundan ibarət
ola bilər. Məs., gördüyünüz cədvəldə daxil olunmuş rəqəmlərin cəmini verilən düstur ilə
tapmaq olar.
=SUM(A2:A3,B3,C3:C4,B6,A8)
Gördüyünüz bu düsturda bir neçə ünvan ilə hesablamalar aparılır. Burada qonşu olan
ünvanlar «:» işarəsi ilə, qonşu olmayan ünvanlar isə «,» işarəsi ilə ayrılır. Bu cədvəli
yaradın və düsturu daxil edib nəticəni yoxlayın; bu rəqəmlərin cəmi 298 bərabər
olmalıdır.
SUM funksiyasını SUM düyməsi ilə daha tez daxil etmək olar. Bunu etmək üçün
diapazonu seçin və AutoSum düyməsini basın.
Dərs 6. Daha bir neçə funksiya. - ---
Excel’in fuksiyalarının sayı 300 yaxındı və biz yalnız əsasları ilə işləyəcəyik
Gəlin yaratdığımız cədvəldən orta əmək haqqı müəyyən edək / Aşağıdakı əməliyyatları
ardıcıl yerinə yetirin.
Ardıcıllığın birinci üzvünü daxil etdikdən sonra Edit menyusundan olan Fill>Series seçin.
Ardıcıllığın sütun və ya sətirlər üzrə düzülməsini Series In hiəssəsindən seçin. Type
hissəsində ardıcıllığın növünü seçin.
Nümunələr:
Step value sətrində ardıcıllığın addımını daxil edin, Stop value sətrində axır üzvü daxil
edə bilərsiz.
Tarix növlü ardıcıllıqdan istifadə etdikdə Date Unit siyahısında olan Workday variantını
seçsəz tarix növlü ardıcıllıqdan istirahət günləri avtomatik olaraq xaric ediləcək.
Bir diapazonu seçdikdə həmin diapazonun cəmi pəncərənin aşağı hissəsində dərhal
yazılır. Bu verilənləri biz ancaq görə bilirik və istifadə edə bilmərik.
Şəkildə gördüyünüz AutoCalculate zonasında sağ düyməni basaraq orada işləyən aktiv
funksiyanı dəyişmək mümkündü.
Dərs 7. Cədvəlin düzlənməsi. - ---
Bə'zən cədvəli hər hansı bir amil ilə düzləndirmək lazım olur. Məs., cədvəldə olan ad və
soyadlarının əlifba sırası ilə, və ya əmək haqqının kiçikdən böyüyə və s.Bunu iki üsul ilə
etmək olar. Məsələn bir verilənlər sırasını başqa müvafiq sıraları dəyişmədən
düzləndirmək üçün Sort düymələrindən istifadə etmək olar.
Düzlənməni bütün cədvəl ilə etmək üçün Data menyusunda olan Sort əmri istifadə
olunur. Mütləq olaraq bütün cədvəli seçin və Data>Sort seçin.
Kifayət qədər yer olmadığına görə və ya başqa səbəblərə görə başlıqda yazılan
məlumat bə'zən lazım olan qədər dolğun yazılmır. Buna görə də həmin başlıqlara
köməkçi məlumatlar əlavə etmək məqsədə uyğun olar.
Verilənləri diaqram (qrafik) şəkilində təsvir etmək tez-tez lazım olur. Məsələn aşağıda
gördüyünüz diaqram biz yaratdığımız cədvəldən
yaradılıb.
Belə bir diaqram yaratmaq üçün Chart Wizard dan istifadə edirik.
Diaqram növünü seçərək Press and hold to view sample düyməsi ilə cədvəlinizə tədbiq
olunmuş diaqrama baxa bilərsiz.
Lazım olan növü seçdikdən sonra Next düyməsini basın. İkinci açılan pəncərədə Data
Range sətrində seçdiyiniz diapazonu yoxlayın, səhf olarsə əməliyyatı yenidən yerirə
yetirin.
Üçüncü addımda diaqrama başlıq verə bilərsiz. Şriftin işləməməyinə narahat olmayın –
onu sonradan dəyişərik.
Və nəhayət axırıncı addımda diaqramın ayrıca səhifədə (As new sheet) və ya əsas
cədvəlin yanında (As object in) yerləşməsini seçin.
Diaqram hazır olduqdan sonra onun üzərində bir neçə dəyişiklik etmək lazımdı.
Cədvəldə olan məlumatı hər hansı bir parametr ilə «süzgəcdən» keçirmək tez-tez lazım
olur. Məs., cədvəldən əmək haqqı 100-dən yuxarı olan əməkdaşların siyahısı lazım ola
bilər.
Avtomatik süzgəci işə salmaq üçün cədvəlin başlığlar sətrini seçin (yəni «Adı, soyadı…»
və s.) və sonra Data menyusundan Filter >AutoFilter seçin. Əməliyyat düzgün edilibsə
başlıqların yanında siyahı düymələri yaranmalıdı.
Həmin düyməni basdıqda sütunda olan bütün verilənlərin siyahısı çıxır və həmin
siyahıdan bir sətri seçdikdə cədvəldə yalnız seçdiyiniz rəqəm olan sətirləri görəcəksiz.
Məs.,əmək haqqı siyahısından 100 seçəndə orada yalnız əmək haqqı100 olan sətirləri
görəcəksiz.
Məs., cədvəldən əmək haqqı 100-dən yuxarı olan əməkdaşların siyahısını seçək.
1. Avtomatik süzgəci işə salmaq üçün cədvəlin başlığında mausun düyməsini bir
dəfə basın sonra Data menyusundan Filter >AutoFilter seçin.
2. Əmək haqqı siyahısından (Custom …)seçin.
Birinci siyahıdan Is Greater Than sətri şərtlərdən biridi. Bu siyahıda bir neçə başqa şərt
var :
Equals – bərabərdi
Does not equal – qeyribərabərdi
Birinci onluq
Süzgəcin başqa bir növü olan «birinci onluq» ən böyük və ya ən kiçik 10 sətri seçmək
üçün istifadə olunur. Sətirlərin sayı 10 deyil az və ya çox ola bilər. Məs., ən çox əmək
haqqı alan 5 nəfərin siyahısını yaradaq.
1. Avtomatik süzgəci işə salmaq üçün cədvəlin başlığında mausun düyməsini bir
dəfə basın sonra Data menyusundan Filter >AutoFilter seçin.
2. Əmək haqqı siyahısından (Top 10…)seçin.
3. Orta sətirdə 5 daxil edin və OK basın.
Yaratdığımız cədvəli yeni məlumuatlarla doldurmaq bə'zi çətinliklər tö'rədə bilər. Məs.,
çədvəl çox böyük olarsa onun axırıncı sətrində işləyən zaman başlıqlar görünmür.
Başlıqları ekranda «dondurmaq» da olur. Bunu etmək üçün Window menyusundan Split
seçin. Yaranan xəttlər ilə ekranı başlıq və məlumat hissələrinə ayırın. Bunu etdikdən
sonra Window menyusundan Freeze Panes seçin.
Cədvələ yeni sətirlərin əlavəsi üçün, həmçinin cədvəldə axtarış və dəyişiklik etmək üçün
Data Form pəncərəsindən istifadə etmək olar. Cədvəli seçib Data menyusundan Form
seçin.
Sətirlərə bir-bir baxmaq üçün Scroll düymələrindən (üzərində qara üçbucaqlar olan kiçik
düyməciklər) istifadə edin.
Yazılarda dəyişiklik edə bilərsiz; yazıları bərpa etmək üçün Restore düyməsindən
istifadə edin. Sətri silmək üçün Delete düyməsini basın, bu əməliyyatı geri qaytarmaq
olmur, ehtiyatlı olun.
Yeni sətir əlavə etmək üçün New düyməsini basın və məlumatı daxil edin.
Criteria düyməsi yazılar üzrə sətir axtarışı etmək üçün isifadə olunur. Düyməni basın və
axtarış şərtini daxil edin. Məs., əmək haqqı sətrində <200, və ya =200, yaxud >=150
daxil edin. Bunu etdikdən sonra Find Next və ya Find Prev düymələri ilə həmin sətirlərə
baxa bilərsiniz.
Yaratdıqımız cədvəldə əmək haqqının dollar ilə olmağını təsəvvür edin. Məs., həmin
dollar ilə olan məbləğləri manat ekvivalentinə çevirmək lazımdır.
«Əmək haqqı» sütunundan sonra yeni sütun əlavə edin və onu «Manat ilə» adlandırın.
Bu sütunda dollar ilə olan məbləği manata çevirən düstur daxil olunmalıdı. Düstur çox
sadədir: məbləği dolların məzənnəsinə (kursuna) vurmaq lazımdı. Yəni orada belə bir
düstur yazmaq olar:
=C3*4180
Bu düsturda C3- əmək haqqı məbləği , 4180 isə məzənnədir. Əlbəttə ki, bu rəqəm hər
gün dəyişilə bilər (və dəyişilir), ona görə də düsturu hər dəfə dəyişmək lazım olur. Bu
əməliyyatı sadələşdirmək üçün dollar məzənnəsini ayrıca bir ünvanda yazıb onu
düsturda istifadə etmək olar. Bunu etmək üçün başqa bir səhifəyə keçin və A1
ünvanınıda dolların məzənnəsini daxil edin. Sonra həmin ünvana ad vermək lazımdır (bu
adı biz gələcək düsturlarda istifadə edəcəyik). Ad vermək üçün Insert menyusundan
Name >Define seçirik.
Names in workbook sətrində adı daxil edib OK düyməsini basırıq. Adların yazılış
qaydaları belədir ki, real ünvanın adına oxşamasın və rəqəmlərdən ibarət olmasın, ad iki
sözdən ibarət olsa arası boş olmamalıdı, məs. «_» işarəsi qoyulmalıdı.
Define Name pəncərəsi adları silmək üçün də istifadə olunur (Delete düyməsi).
Ad qoyduqdan sonra əsas cədvəlin «Manat ilə» sütununda olan düsturu aşağıdakı ilə
əvəz edirik.
=C3*dollar
IF funksiyası hər hansı bir şərtə əsaslanaraq şərt düz olarsa bir, səhf olarsa başqa bir
əməliyyatı yerinə yetirir.
=IF(A1=1,"one","two")
=IF(A1=1,"one", IF(A1=2,"two",IF(A1=3\,"three)))
Şərt* Vergi
* Yalnız nümunə
=IF(E3<10000,0,IF(E3<600000,E3*12%,IF(E3<1400000,E3*20%+60000,IF(E3<300000
0,E3*25%+220000,IF(E3<5000000,E3* 30%+620000,E3*35%+1220000)))))
Dərs 13. Cədvəlin çapı. - ---
Word proqramından fərqli olaraq Excel in cədvəli ekranda göründüyü kimi çap edilmir.
Bunu görmək üçün xüsusi çapdanəvvəlki baxış rejiminə keçmək lazımdır. File
menyusundan Print Preview seçin və ya Print Preview düyməsini basın. Bunu etdikdən
sonra gördüyünüz şəkil cədvəlin kağızda gələcək görünüşünü əks etdirir. Gördüyünüz
kimi, cədvəlin boz rəngdə olan çərçivələri kağıza çap olunmur, ona görədə cədvəlin
çərçivəsini qurmaq üçün mütləq borders düyməsindən istfadə edin.
Başqa düymələr:
Səhifənin nömrəsi
Səhifələrin sayı
Sənədin adı
Səhifənin adı.